Bakıdakı təsərrüfatların 95%-dən çoxunun internetə çıxışı var

31 июл 2024

Bakıdakı təsərrüfatların 95%-dən çoxunun internetə çıxışı var


Xəbər veririk ki, layihə müddətində Bakı şəhərində genişzolaqlı internetə çıxış imkanı əldə etmiş ev təsərrüfatı və biznes subyektlərinin sayı 6 dəfə artıb. Carı ilin I yarımilində 2020-ci illə müqayisədə 5 dəfə çox təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin edilib.

Sözügedən layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır.