Ermənistanda əsirlikdə olan azərbaycanlıların VİDEOsu yayıldı: NADİR GÖRÜNTÜLƏR

03 июн 2024

Ermənistanda əsirlikdə olan azərbaycanlıların VİDEOsu yayıldı: NADİR GÖRÜNTÜLƏR

Görüntülər 90-cı illərə aid olsa da, keyfiyyətlidir. Bu baxımdan, onları tanıyanlar və sağ qalan yaxınları bu kadrlardakı soydaşlarımızın kimliyini müəyyən edə bilərlər.

Qeyd edək ki, 3800-dən çox soydaşımız erməni əsirliyindən sonra yoxa çıxıb və bugünə qədər də onların öldüsü-qaldısı bilinmir. Bu cür video lentlərin əhəmiyyəti son dərəcə böyükdür.

...Bəli, bir zamanlar vəziyyət belə idi. Ermənistan havadarlarının sayəsində cəbhədə güclü idi və həm torpaqlarımızı işğal etmiş, on minlərlə soydımızı qətlə yetirmiş, həm də minlərlə azərbaycanlını əsir götürmüşdü.

Artıq 4 ildir ki, bu vəziyyət dəyişib.

İndi Ermənistan və havadarları Bakı həbsxanalarında cəza çəkən hərbi əsirlər və erməni kökənli cinayətkarlarla bağlı kampaniya aparır, xahişlər edirlər...