“Smart Style” MMC Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qazilərin və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) 10 000 manat pul köçürüb.
“Qafqazinfo” xəbər verir ki, şirkət eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə Qarabağ Dirçəliş Fonduna da əlavə olaraq 3 000 manat vəsait köçürüb.