“Smart Style” Məhdud Məsuliyyətli Cəmiyyəti 2016-cı ildə yardılmışdır.İlk zamanlar topdan satış kimi fəaliyyətə başlayan şirkətimiz qısa müddət ərzində inkşaf edərək yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət şirkətinə çevrilmişdir.Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi hazır məhsulların və parçaların Azərbaycan Respublikası ərazisində bir çox şirkətlərə və dövlət qurumlarına satışını həyata keçirməklə başlamışdır.
Zaman keçdikcə tərəfimizdən istehlakçılara daha yüksək səviyyəli xidmət göstərmək və keyfiyyətli xüsusi geyimlərin Azərbaycan vətandaşlarının istifadəsinə təqdim edə bilmək məqsədilə şirkətimiz distributor müqaviləsi əsasında fəaliyyətə başladı. Distributor olduğumuz şirkətlərin məhsulları müasir standartlara cavab verən məhsullardır. Şirkətlər əsasən baş geyimlərinin, parçaların, xüsusi çəkmələrin və xüsusi geyimlərin (gödəkcə, pencək şalvar,ətək və s.) istehsalı ilə məşğul olurlar. Şirkətimizin distributor olduğu istehsalçı şirkətlər dünyanın müxtəlif ölkələrinin öndə gedən şirkətləri ilə əməkdaşlıq edir. Başlanğıcda Belarusiya, Gürcüstan və Türkiyə Respublikalarından xüsusi geyimlərin idxalı ilə fəaliyyətə başlayan şirkətimiz, gələcəkdə əməkdaşlıq edəcəyi şirkətlərin siyahısını artırmağı hədəfə alır.
Şirkətimiz təklif etdiyi məhsulun,göstərdiyi xidmətin keyfiyyəti ilə rəğbət qazanaraq müştəri bazasını günbəgün artırmaqdadır. Biz bu sahədə qazandığımız qüsursuz nüfuzumuza sifarişçilərin bizə etibar etmələrinə, peşəkar cəmiyyət üzvülərinin bizə qarşı olan hörmətinə olduqca böyük önəm və dəyər veririk. Alıcılara düzgün məhsul seçimində köməklik məqsədilə hər bir bölmə üzrə peşəkar satış mütəxəsisləri təyin edilib.“Smart Style” MMC 6-8 sentyabr 2022-ci il tarixlərində keçiriləcək 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək. Beynəlxalq “ADEX” hərbi sərgisi regionda müdafiə sənayesi və daxili təhlükəsizliyə həsr olunmuş ən nəhəng tədbirdir və iştirakçılara həm Azərbaycanın hərbi rəhbərliyi,həm də qlobal hərbi-müdafiə ictimaiyyəti ilə görüşlər keçirmək üçün unikal imkan yaradır. Artıq 4-cü dəfə keciriləcək sərginin Azərbaycan Respublikasının “Müdafiə Sənayesi nazirliyi” və “Müdafiə Nazirliyi” tərəfindən dəstəklənməsi “ADEX” sərgisinin inkişafına xüsusi təkan verəcəkdir. Bu sərgidə son illərin dinamik inkişafını özündə əks etdirən milli müdafiə sənayesinin naliyyətlərini nümayiş etdirməklə yanaşı, yeni məhsul və texnologiyalarla tanışlıq, eyni zamanda səmərəli işgüzar əlaqələrin qurulması istiqamətində geniş imkanlar yaradacaqdır. Xarici ölkələrin dövlət qurumları,biznes dairələri və sənaye strukturları tərəfindən sərgiyə göstərilən böyük maraq bu tədbirin aktuallığının və əhəmiyyətinin bariz nümunəsi olmaqla yanaşı, Azərbaycanın dost və qardaş ölkələr üçün mühüm strateji tərəfdaş kimi yüksək əhəmiyyətini bir daha nümayiş etdirir.Bizim başlıca missiyamız keyfiyyətli və sertifikatlaşmış məhsulu münasib qiymətlərlə təklif edən, əməkdaşlıq əlaqələrini genişləndirən, davamlı inkişaf edən şirkət kimi tanınmaqdır.
Nİyə bİz?
2016-cı ildən bugünədək fəaliyyət göstərdiyimiz müddətdə müştərilərə göstərdiyimiz şəffaf və keyfiyyətli xidmətimizlə müştərilərimizin güvənini qazanmışıq. Bizim fərqimiz müştərilərimizə yüksək səviyyəli xidmətlər göstərmək üçün hər zaman yanlarında olmağımızdır.
MƏQSƏDİMİZ
Şirkətin məqsədi istehlakçını yüksək keyfiyyətli məhsulla təmin etmək və idxal edilən məhsulun keyfiyyətinin beynalxalq standartlara uyğunluğuna üstünlük verməkdir.
MÜŞTƏRİLƏRİMİZ
Çalışdığı illər ərzində şirkətimiz Azərbaycan Respublikası ərazisində bir çox şirkətlər və dövlət qurumları ilə etibarlı əməkdaşlıq əlaqələri yaratmış və xüsusi geyim sahəsində Azərbaycandakı imkanlarını daim inkişaf etdirmişdir
ƏLAQƏLƏRİMİZ:
“Smart Style” MMC Belarusiya Respublikasında yerləşən ОАО “Камволъ”, ЗАО “Людмила”, ОАО “Знамя индустриализации”, ОАО “SUKNO”, OAO” MOQOTEKS” şirkətlərinin Azərbaycandakı rəsmi distribyutorudur. “JUKO” LLC, “ERBAY PLASTİK VE TEKSTİL” LTD və “ÖNCE KLİMA” LTD şirkətləri ilə də daimi əməkdaşlıq edirik. Bu şirkətlər yeni texnoloji avadanlıqlarla təmin edilmişdir.