İlham Əliyev Zelenskini COP29-a dəvət edib

23 апр 2024

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev öz “X” hesabında yazıb. 

Onun sözlərinə görə, Kiyevdə Ukraynanın xarici işlər nazirinin birinci müavini Andrey Sibiha ilə görüşüb: “Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı dəvət məktubunu təqdim etmək şərəfinə nail oldum”.