"Qarabağlı ermənilərə görə vuruşan deyilik" - Paşinyan

23 апр 2024

"Qarabağlı ermənilərə görə vuruşan deyilik" - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan dünən İrəvanda Britaniya mass-mediasının mənsublarına verdiyi müsahibədə belə deyib.

"Qarabağlı ermənilərin evlərini tərk etməmələri üçün əlimizdən gələni etdik. Amma alınmadı. Sizə açıq demək istəyirəm: Ermənistan Qarabağa görə hərbi əməliyyatlara başlamayacaq. Qarabağlı ermənilərə görə vuruşan deyilik. Mövcud proseslər sülhə və regional təhlükəsizliyə yönəlmiş səylərimizdə səmimi olduğumuza dəlalət edir", - N.Paşinyan bildirib.